Nüfuzlu “France Football” jurnalı dünyanın ən yaxşı futbolçusuna təqdim olunacaq “Qızıl top” mükafatının verilmə tarixini açıqlayıb.
Mükafata namizəd olan futbolçuların siyahısı oktyabrın 8-də açıqlanacaq.
2021-ci ilin ən yaxşı futbolçusunun mükafatlandırma mərasimi isə 29 noyabrda baş tutacaq.
Məlumat üçün qeyd edək ki, 2020-ci ildə “Qızıl top”un təqdimetmə mərasimi koronavirus pandemiyası səbəbindən keçirilməmişdi.
Keçən il bu mükafata Münxen “Bayern”inin hücumçusu Robert Levandovski layiq görülüb.
Mənbə: “France Football”