37 yaşlı hücumçu Robert Levandovski ABŞ-nin "Çikaqo Fayr" klubunun oyunçusu olub.
Oxu.Az xəbər verir ki, bu barədə polşalı ulduzun yeni komandasının mətbuat xidməti rəsmi məlumat yayıb.
Levandovskinin Çikaqo təmsilçisi ilə müqaviləsi 2027/28 mövsümünün sonuna qədər nəzərdə tutulub. Komanda MLS-in müntəzəm çempionatının Şərq konfransında çıxış edir.
Xatırladaq ki, Levandovski son dörd ili "Barselona"da keçirib.
Qaynar xətt:
(055) 224 12 12