UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, son olaraq ümumilikdə altı qarşılaşma baş tutub.
E qrupunda “Bavariya” Portuqaliyada “Benfika”ya heç bir şans verməyib – 4:0.
F qrupunda “Mançester Yunayted” İngiltərədə “Atalanta” ilə üz-üzə gəlib. Azarkeşlərin beş qola şahidlik etdiyi oyunda ingilislər əzmkar qələbəyə seviniblər. İlk hissədən sonra hesabda iki top fərqi ilə geridə olan “qırmızı şeytanlar” ikinci yarıda 3 qol vuraraq, “comeback”i rəsmiləşdirib.
Bu qrupun digər oyununda “Yanq Boyz” İsveçrədə “Vilyarreal”a uduzub – 1:4.
G qrupunda “Sevilya” və “Lill” qolsuz heç-heçəyə razılaşıblar.
H qrupunda turnirin son qalibi “Çelsi” İngiltərədə “Malmö”nü darmadağın edib – 4:0.
Digər görüşdə isə “Yuventus” Rusiyada “Zenit”i çətinliklə məğlub edib.
Çempionlar Liqası
III tur
20 oktyabr
E qrupu
“Barselona” (İspaniya) – “Dinamo” (Kiyev, Ukrayna) - 1:0
Qol: Jerar Pike, 36