Challenge Tour reytinqinin yeni lideri – ingilis Endryu “Bif” Conston bu mövsümdə Azerbaijan Golf Challenge Open Avropa turnirində iştirak etmək hüququ qazanaraq böyük uğur əldə edib.
Oxu.Az xəbər verir ki, 25 yaşlı oyunçu keçən həftə Fransada öz ikinci titulunu qazandı və Azərbaycanda Challenge Open turnirində iştirak zamanı gözəl çıxış edərək əsas rəqibi ilə xal fərqini mümkün qədər artırmalıdır.
Onun üçün ən əsası mövsüm ərzində Şərqi Avropa ölkəsində Challenge Tour turnirində üçüncü dəfə qələbə qazanmaq imkanını əldə etməkdir. Bu qələbə ona Dubayda keçiriləcək turnirdə iştirakı təmin edəcək.
Constonun üç cavab zərbəsindən sonra 1/8 finalın dörd zərbə üstünlüyündən istifadə edərək Le Vaudreuil Golf Challenge-də qazandığı zərif qələbə onu bu mövsüm Challenge Tour turnirində 100 000 avro baryerini aşan ilk oyunçuya çevirdi.
İki dəfə qalib gələrək onluqda yer alan Conston, şübhəsiz ki, əla formadadır, qələbəsi isə onu da təəccübləndirdi.
32 000 avroluq çeki alan Conston deyib:
“Mövsümün əvvəlində European Tour-da iştirak etmək hüququnu qazanacağına ümid etmirsən. Mən əmin idim ki, qışda yaxşı çalışmışam və hər həftə məşq edirəm, indi isə nəticələri görürəm. Mən əla formadayam və sona qədər gözləməyəcəm”.
Bu həftənin mükafat fondu 48 000 avrodur. Azərbaycanda yetərincə iri mükafat təklif edilir. Bu həftə Conston bu mövsümün güclü oyunçusu ilə görüşəcək.
İki digər oyunçu Constona 2014-cü ilin son həlledici qələbəsini qazanmaq üçün qoşulacaqlar. Alman Moris Lampert Avropa turnirinə qayıtmağa nail olmağı düşünür, afrikalı Ceyk Rusun da böyük məqsədləri var.
Liderlik edən on oyunçudan səkkizi Azərbaycanda Milli Qolf Klubda oynayacaqlar. Yalnız iki oyunçu – ikinci yerin sahibi ispan Xordi Qarsiya Pinto və alman Florian Frits (doqquzuncu yerdə) birinci zərbəni vurmayacaqlar.
Koreyalı Byonq xun An altıncı yerdədir, o, Constonu önə buraxaraq Fransada ikinci yeri tutduğuna baxmayaraq uğura ümid edir.
US Amateur Open-in keçmiş çempionu, Liverpulda Kral Qolf Klubunda keçirilən həvəskar turnirdə ilk 30-luqda yer alan ən gənc oyunçudur.
Azərbaycanın Milli Qolf Klubu Azərbaycan Qolf Federasiyasının baş ofisidir. Bu Qolf Klubu Azərbaycanda yeganə 18 dəlikli qolf sahəsidir.
Gözəl relyefi və Qafqaz dağlarına açılan mənzərəsi ilə bura Challenge Tour turnirinin keçirilməsi üçün gözəl məkandır.