Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatı ərəfəsində azərbaycanlı cüdoçuların bəzisi öz reytinqini yaxşılaşdırıb.
Oxu.Az xəbər verir ki, Elcan Hacıyev (90 kq) bir pillə irəliləyərək beşinci yerə yüksəlib.
Zelim Tçkayev (81 kq) isə 6-cı pilləyə qalxıb. Balabəy Ağayev (60 kq) yenidən ilk onluğa qayıdıb, Uşanqi Kokauri (+100 kq) isə 11-ci pillə ilə onluğun astanasındadır.
Bununla yanaşı, Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) reytinq cədvəlində inamla liderliklərini davam etdirirlər.
Qeyd edək ki, iyunun 13-də start götürəcək dünya çempionatı üçün Azərbaycan komandasının heyəti hələ açıqlanmayıb.