Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

DİN-dən silsilə əməliyyatlar: 75 kq narkotik dövriyyədən çıxarılıb
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, tədbirlər zamanı əvvəllər məhkum olunmuş 45 yaşlı Əli Əliyev və tanışı Zamik Əliyev, 60 yaşlı Telman Məmmədov, 34 yaşlı Tural Cəfərov, 35 yaşlı Hüseyn Məmmədov, 32 yaşlı Hikmət Axundov, 37 yaşlı Rəvan Baxışov, 28 yaşlı Arzu Əsgərov, 43 yaşlı Vüsal Məmmədov və əvvəllər məhkum olunmuş 24 yaşlı Ayaz Usubov saxlanılıblar. Bu şəxslərdən 75 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Mütəşəkkil dəstənin 12 üzvü SAXLANILDI - 175 kiloqram narkotik dövriyyədən çıxarıldı
- Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI
- Polis Cəlilabadda əməliyyat keçirdi, 13 kiloqram narkotik vasitə və həblər aşkarlandı
- Həbsxanaya sümüyün içində heroinin keçirilməsinin qarşısı alınıb
- Suriya-Livan sərhədində Bəşər Əsədin əmisi oğlu saxlanılıb