Azərbaycan güləşçisi Rəsul Çunayev Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turnirinin qalibi olub.
Oxu.Az xəbər verir ki, 66 kq çəkidə mübarizə aparan həmyerlimiz yarışa 1/16 final mərhələsindən başlayıb.
İlk görüşdə Xorvatiyalı Dominik Etlingeri 19 saniyədə tam üstünlüklə məğlub edən pəhləvanımız ardınca Belarusdan Pavel Liax və Polşadan David Kareçinski ilə gərgin keçən qarşılaşmalardan da qalib ayrılıb.
Yarımfinalda Fransa təmsilçisi erməni əsilli Artak Marqaryan üzərində 68 saniyə ərzində qələbə qazanan Rəsul Çunayev finala yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. Bu güləşçilərimizin Rio-de Janeyro Olimpiya Oyunlarına qazandığı 14-cü vəsiqədir.
Final görüşündə güləşçimizin rəqibi Qırğızıstandan Asiya çempionu Ruslan Tsarev olub. 6:0 hesablı qələbə qazanan Rəsul Çunayev təsnifat turnirinin qızıl medalına yiyələnib.
17:59
1/4 mərhələdə polşalı David Kareçinskiyə 6:1 hesabı ilə qalib gələn Rəsul Çunayev yarımfinalda Fransanı təmsil edən erməni əsilli idmançı Artak Marqaryana heç bir şans verməyib – 8:0 və Rio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Finalda güləşimiz qırğızıstanlı Ruslan Çarevlə qarşılaşacaq.
E.Ə.
www.oxu.az