Müğənni Səmra Rəhimli Sergeydən artıq qolbağ hədiyyə alıb. Lazarev gənc gözəl ilə müsabiqənin ənənəvi dost görüşləri - meet & greet çərçivəsində görüşüb və dərhal ona qarşı rəğbət hiss edib.
“Eurovision”un rusiyalı iştirakçısı 33 yaşlı Sergey Lazarev Stokholmda bir dəqiqə də boş vaxtı yoxdur: artist Avropanı təəccübləndirəcəyi çətin çıxışını hazırlayır.
Amma həyat Lazarevi Stokholmun parklarından birində gəzintiyə çıxmağa məcbur edib. Sergey cazibdar əsmər ilə zaman keirib. Bu əsmər “Eurovision” müsabiqəsinin Azərbaycandan olan iştirakçısı 21 yaşlı Səmra Rəhimli olub.
Səmra Rəhimli 33 yaşlı Lazarevin çoxdankı pərəstişkarıdır. Bundan başqa gəncləri itlərə olan məhəbbətləri də birləşdirir (Məlum olduğu kimi Lazarevin itlər üçün desret istehsalı biznesi var – red.).
Görüşün sonunda Lazarev Səmra üçün nadir labradudl cinsindən olan isveç köpəkləri ilə xüsusi fotossesiya təşkil edib. Sergey qıza uçuşun rəmzi, “Eurovision”dakı çıxşının ideyalarını tərənnüm edən gümüşü qanadları olan qolbağ hədiyyə edib.
Azərbaycanlı müğənni Sergeyə ona azarkeşlik edəcəyini vəd edib, gənclər öpüşüb vidalaşıblar və müsabiqədən sonra daha rahat şəraitdə görüşmək barədə razılaşıblar.
Mənbə: life.ru