"Sabah" futbol klubunun UEFA Avropa Liqasının həlledici pley-off mərhələsində üz-üzə gələ biləcəyi ehtimal olunan rəqibinin adlarına aydınlıq gəlib.
Oxu.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Abşeron təmsilçisinin rəqibi məlum olub.
Belə ki, "Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Danimarkanın "Orhus" klubuna məğlub olarsa, növbəti sınaqda "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) duelindən qalib ayrılan tərəflə qüvvəsini sınayacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk qarşılaşmaları avqustun 20-də start götürəcək, həlledici cavab görüşləri isə ayın 27-də baş tutacaq.