"Real Madrid" oyunçusu David Alabanın 2026-cı ildə başa çatacaq müqaviləsini yeniləməyi planlaşdırmır.
Oxu.Az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Kral" klubu bu yay avstriyalı ilə yollarını ayırmaq istəyir.
Çünki o, komandanın ən yüksəkmaaşlı üzvlərindən biridir (illik 10.5 milyon avro).
Bununla belə, müdafiəçi heç yerə getmək istəmir. O, heyətdə yer almaq üçün mübarizə aparmağı planlaşdırır.
Ötən mövsüm La Liqada David cəmi 7 matçda iştirak edib.