“B” qrupunun ikinci oyunu Avsrtaliya və Çili yığmaları arasında baş tutdu.
Oxu.Az xəbər verir ki, oyun cənubi amerikalıların aşkar üstünlüyü ilə keçdi.
12-ci dəqiqədə Aleksis Sançes hesabı açdı. Avstraliyalılar buraxılmış qolun şokundan ayılmamış Sançesin məhsuldar ötürməsindən sonra Xorxe Valdiviya hesab arasındakı fərqi ikiyə çatdırdı.
35-ci dəqiqədə yaşıl qitənin təmsilçilərinin təşkil etdiyi nadir hücumların birində Tim Kehil baş zərbəsi ilə fərqi miniuma endirdi.
İlk hissə 2:1 hesabı ilə bitdi.
İkinci hissədə qarşılıqlı hücumlar şəraitində keçdi. Hər iki komandanın çoxsaylı qol imkanlarının olmasına baxmayaraq, bundan lazımınca istifadə edə bilmirdilər.
Yalnız hakimin əlavə etdiyi 2-ci dəqiqədə Jan Bosejur Çili komandasının 3-cü qolunu vurdu.
Çili 3:1 Avstraliya.
Seymur Baxşev
www.oxu.az