С qrupunun sonuncu turunda Yunanıstan son dəqiqələrdə Kot-d’İvuar qapısında vurduğu penalti sayəsində pley-offa vəsiqə qazandı.
Oxu.Az xəbər verir ki, oyun çox dramatik alındı.
42-ci dəqiqədə Samaris yunanları hesabda irəli çıxardı. Bu həmçinin onların bu çempionatda vurduqları ilk qol idi.
Afrikalılar səyləri 74-cü dəqiqədə öz bəhrəsini verdi. Meydançaya sonradan daxil olan Vilfrid Boni komandasının bərabərlik qolunu vurdu.
Lakin Kot-d’İvuar futbolçuları bu hesabı sona qədər qoruyub saxlaya bilmədilər. Hakim əlavə edilmiş dəqiqələrdə onların qapısına 11-metrlik cərimə zərbəsi təyin etdi. Samaras fürsəti əldən vermədi.
Yunanıstan 2:1 Kot-d’İvuar.
Beləliklə yunanlar pley-offa vəsiqə qazandılar. O yunanlar ki, ilk 2 oyunda heç bir top vura bilməmişdilər.
Paralel keçirilən görüşdə isə Kolumbiya yığması Yaponiyanı 4:1 hesabı ilə darmadağın etdi.
Amerikalıların heyətində Cekson Martines dubla imza atdı (55 və 82-ci dəqiqələrdə). Həmçinin Quardado (16) və Ceyms Rodriqes (90) fərqləndilər.
Yaponların yegənə qolunu ilk hissəyə əlavə edilmiş dəqiqələrdə Sindzi Okadzaki vurdu.