Azərbaycan və Rusiya Samur çayı üzərində körpünün tikilməsinə dair yol xəritəsi hazırlayıblar.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, bu barədə Qəbələdə keçirilən V regionlar arası əməkdaşlıq Azərbaycan-Rusiya forumunun plenar iclasında çıxışı zamanı RF nəqliyyat nazirinin müavini Sergey Aristov deyib.
“Bizim ekspertlər layihənin realizəsi üçün yol xəritəsini, müddətlər də daxil olmaqla, məsələlər və lazımi sənədlər də daxil olmaqla hər şeyi hazırlayıb, - o qeyd edib. Onun sözlərinə görə Azərbaycan və Rusiya arasında stabil dəmiryol qovşağı qurulub.
“Dünya yükdaşıma sahəsində böhranın mövcudluğuna baxmayaraq, Azərbaycan və Rusiya arasında dəmiryol daşımalarında artım var. Cari ilin birinci rübündə artıq 22 min sərnişin və 0,25 milyon ton yük daşınıb”, - o qeyd edib.
Eləcə də Aristovun sözlərinə görə, forum çərçivəsində keçirilən dəyirmi masada Azərbaycan, Rusiya və İran arasında yeni dəmiryol xəttinin tikilməsi üzrə üçtərəfli layihə ilə əlaqədar məsələlər müzakirə edilib.
Onun sözlərinə görə, bu layihənin əsas anlarının realizə edilməsinə az qalıb.
Aristov qeyd edib ki, bütün bunlardan başqa Bakı və Həştərxan arasında reysin bərpa edilməsi məsələsi də müzakirə edilib. Rusiya tərəfindən buna mane yoxdur, nazir müavini əlavə edib. (Trend)