Bu gün Rusiyada keçirilən futbol üzrə 21-ci dünya çempionatının son iki yarımfinalçısı məlum olacaq.
Oxu.Az-ın xəbərinə görə, dörddəbir final mərhələsinin iyulun 7-də keçiriləcək digər görüşlərində İsveç ilə İngiltərə yığması, ev sahibi Rusiya isə Xorvatiya millisi ilə üz-üzə gələcək.
İsveç-İngiltərə matçı Bakı vaxtı ilə saat 18:00-da, Rusiya-Xorvatiya görüşü isə saat 22:00-da başlayacaq.
Çempionatın yarımfinal mərhələsinin görüşləri iyulun 10-11-də oynanılacaq.
Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Rəylər