İngiltərənin bir sıra bukmeyker kontorları 2022-ci ildə keçirilməsi nəzərdə tutulan futbol üzrə dünya çempionatını təşkil etmək hüququnun Qətərdən alınaraq Amerika Birləşmiş Ştatlarına veriləcəyini iddia edirlər.
Qərb mətbuatının verdiyi xəbərə görə, DÇ-2022-nin ev sahibinin dəyişdirilməsi ehtimalı onun Qətərdə saxlanılması ehtimalından daha yüksəkdir. “L’Equipe” jurnalı yazıb ki, bu, 2018 və 2022 mundialları üçün ev sahibi seçimlərinin araşdırılmasına görədir.
Araşdırmaların nəticəsinə dair hesabat hələ də dərc olunmayıb. Ona görə də Böyük Britaniya FİFA-nı məhkəməyə vermək niyyətindədir.
“L’Equipe” yazır ki, bəzi məlumatlar Qətər tərəfinin seçimlərdə dələduzluq etdiklərinin sübut olunacağını və bu ölkənin DÇ-2022-ni təşkil etmək hüququndan məhrim ediləcəyini göstərir. (musavat.com)