Futbol üzrə dünya çempionatında (DÇ-2026) İngiltərəyə qalib gələn Argentina növbəti finalçı olub.
Oxu.Az xəbər verir ki, Atlanta şəhərində keçirilən ikinci yarımfinal matçında argentinalılar 2:1 hesablı qələbə qazanıblar.
Hesabı 55-ci dəqiqədə İngilitərə millisi açıb, Entoni Qordon fərqlənib. Bununla belə, geridönüş etməyi bacaran hazırkı dünya çempionları arıdıcıl iki qol vurmağa müvəffəq olublar.
85-ci dəqiqədə Entso Fernandes, 90+2-ci dəqiqədə isə Lautaro Martines fərqləniblər.
Argentinanın finaldakı rəqibi İspaniya seçməsi olacaq. İngiltərə isə üçüncü yer uğrunda matçda Fransa ilə üz-üzə gələcək.
Üçüncü yer uğrunda görüş iyulun 19-da Bakı vaxtı ilə saat 01:00-da, final matçı isə 23:00-da keçiriləcək