Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

DÇ-2026: Braziliya - Uruqvay görüşündə qalib müəyyənləşməyib
Dünya Çempionatına seçmə mərhələnin 12-ci turunda Braziliya millisi Uruqvayla qarşılaşıb.
Oxu.Az xəbər verir ki, gərgin mübarizə vəd edən qarşılaşmada sükut 55-ci dəqiqədə pozulub. Federiko Valverde qonaqları hesabda irəli çıxarıb. Amma məğlubiyyətlə barışmayan Braziliya seçməsi hesaba tarazlıq gətirməyi bacarıb. Qerson 62-ci dəqiqədə bərabərlik qolunu vurub - 1:1.
Qalan vaxt ərzində komandalar çox çalışsalar da, hesab dəyişməyib.
Qeyd edək ki, aktivində 20 xalı olan Uruqvay turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb, Braziliya isə 18 xalla beşincidir.
"Dünya çempionatı" teqi üzrə xəbərlər
- Dünya çempionatında iştirak edəcək daha bir yığma müəyyənləşdi
- Misir 2034-cü ildə keçiriləcək dünya çempionatı üçün FIFA-ya müraciət ünvanlayıb
- Azərbaycanda keçiriləcək dünya çempionatının püşkatma mərasiminə start verilib
- Donald Tramp 2026-cı ildə keçiriləcək dünya çempionatının təşkilat komitəsinin rəhbəri oldu
- Üzgüçümüz dünya çempionatına vəsiqə qazandı
Ən çox oxunanlar