Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

DÇ-2026: Bu gün Avropada seçmə mərhələnin altı oyunu keçiriləcək
Bu gün 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa seçmə mərhələsində daha altı oyun baş tutacaq.
Oxu.Az xəbər verir ki, Moldova millisi Estoniyanı, Cəbəllüttariq yığması Çexiyanı, İsrail millisi Norveçi, Lixtenşteyn yığması Qazaxıstanı, Monteneqro millisi Farer Adalarını, Şimali Makedoniya isə Uelsi qəbul edəcək.
Qeyd edək ki, seçmə mərhələnin növbəti oyunları iyunun 6-da keçiriləcək.
25 mart
Saat 21:00, Moldova - Estoniya;
Saat 23:45, Cəbəllüttariq - Çexiya;
Saat 23:45, İsrail - Norveç;
Saat 23:45, Lixtenşteyn - Qazaxıstan;
Saat 23:45, Monteneqro - Farer Adaları;
Saat 23:45, Şimali Makedoniya - Uels.