DÇ-2026-da mübarizəsini davam etdirən Tunis milli komandasının yeni baş məşqçisinin adı artıq məlumdur.
Oxu.Az xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, yığmanın sükanı tanınmış fransalı mütəxəssis Erve Renara həvalə edilib.
Yeni çalışdırıcı bu vəzifədə Sabri Lyamuşini əvəz edəcək. Xatırladaq ki, Lyamuşi futbol üzrə DÇ-2026-nın qrup mərhələsinin açılış matçında İsveç yığmasına qarşı darmadağın (1:5) ardınca dərhal istefaya göndərilmişdi.
Xatırladaq ki, DÇ-2026-nın F qrupunda qərarlaşan Tunis millisi növbəti sınağına iyunun 21-də çıxacaq. Komandanın bu matçdakı rəqibi Yaponiya yığması olacaq.