Futbol üzrə dünya çempionatında üçüncü oyun gününün ilk qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, San-Fransiskoda keçirilən B qrupunun matçında İsveçrə Qətərlə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.
Hesabı 17-ci dəqiqədə avropalılar açıblar. Brel Embolo penalti zərbəsini dəqiq yerinə yetirib. Qətər 90+4-cü dəqiqədə Bualem Kuxinin qolu ilə məğlubiyyətdən xilas olub.
Qeyd edək ki, bu qrupun Kanada - Bosniya və Herseqovina oyunu da 1:1 hesabı ilə başa çatıb.
Qaynar xətt:
(055) 224 12 12