FIFA-nın İntizam Komitəsi 2026-cı il dünya çempionatının final oyunu zamanı baş vermiş insidentlərə görə Argentina milli komandasının futbolçularına və məşqçisinə qarşı sanksiyalar tətbiq edib.
Oxu.Az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
Ən ağır cəzanı yarımmüdafiəçi Leandro Paredes alıb - o, milli komandanın 10 matçından kənarlaşdırılıb. Bundan əlavə, futbolçu 90 min dollar məbləğində cərimələnib.
Müdafiəçi Nauel Molina yeddi oyunluq diskvalifikasiya olunub və 90 min dollar məbləğində cərimələnib.
Argentina yığmasının məşqçisi Roberto Ayala üç oyunluq cəza alıb və 30 min dollar məbləğində cərimələnib. Argentina yığmasının vingeri Tyaqo Almada və İspaniya millisinin yarımmüdafiəçisi Qavi isə bir oyunluq diskvalifikasiya olunublar və onların hər biri 30 min dollar məbləğində cərimələnib.