2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - İslandiya matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, görüşdə qonaq komanda 0:2 hesabı qalib gəlib.
Qolları 20-ci dəqiqədə Qyudmyundsson və 39-cu dəqiqədə İnqason vurublar.
Bu nəticədən sonra xalların sayını 7-yə çatdıran İslandiya millisi D qrupunda 2-ci yerə qalxıb. Azərbaycan seçmə komandası 1 xalla sonuncu - dördüncü yerdədir.
Qeyd edək ki, milli komandamız qrup mərhələsində sonuncu matçını noyabrın 16-da Bakıda Fransaya qarşı keçirəcək.
2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin beşinci turu çərçivəsində keçirilən Azərbaycan - İslandiya matçında ikinci hissə başlayıb.
Oxu.Az xəbər verir ki, görüşdə İslandiya millisi 0:2 hesabı ilə irəlidədir.
2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin beşinci turu çərçivəsində keçirilən Azərbaycan - İslandiya matçında ikinci hissə başlayıb.
Oxu.Az xəbər verir ki, görüşdə İslandiya millisi 0:2 hesabı ilə irəlidədir.
2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin beşinci turu çərçivəsində keçirilən Azərbaycan - İslandiya matçında birinci hissə başa çatıb.
Oxu.Az xəbər verir ki, qonaqlar fasiləyə 0:2 hesabı ilə öndə yollanıblar.
2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin beşinci turu çərçivəsində keçirilən Azərbaycan - İslandiya matçında hesab arasında fərq artıb.
Oxu.Az xəbər verir ki, İslandiya millisinin heyətində ikinci qolu 39-cu dəqiqədə İnqason vurub.
2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin beşinci turu çərçivəsində keçirilən Azərbaycan - İslandiya matçında hesab açılıb.
Oxu.Az xəbər verir ki, ilk qolu qonaq komanda vurub.
İslandiya millisinin heyətində 20-ci dəqiqədə Qyudmyundsson fərqlənib.
2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin beşinci turu çərçivəsində D qrupunda Azərbaycan - İslandiya matçı start götürüb.
Oxu.Az xəbər verir ki, "Palms Sports Arena"da (8-ci km stadionu) keçirilən matçı Monteneqrodan olan hakim Nikola Dabanoviç idarə edir.
Qeyd edək ki, bu turadək İslandiya millisi dörd xalla üçüncü, Azərbaycan millisi isə bir xalla dördüncüdür.
Bu gün DÇ-2026-nın seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və İslandiya yığmalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
Azərbaycan: Aydın Bayramov, Elvin Bədəlov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Abbas Hüseynov, Emin Mahmudov (k), Abdulla Xaybullayev, Rüfət Abbasov, Toral Bayramov, Xəyal Əliyev, Nəriman Axundzadə
İslandiya: Elias Olaffson, Mikael Ellerston, Daniel Qrettarson, Sverrir İnqason, Viktor Palsson, Hakon Arnar Haraldsson (k), İsak Youhannesson, Yohan Qudmundsson, Kristian Hlinsson, Andri Qudyonsen, Albert Qyudmyundsson
Futbol üzrə milli komandamız 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində doğma meydanda İslandiya yığması ilə üz-üzə gələcək.
Oxu.Az xəbər verir ki, görüş saat 21:00-da "Palms Sports Arena"da (8-ci km stadionu) keçiriləcək.
Oyunu FIFA referisi Nikola Dabanoviçin rəhbərliyi ilə Monteneqro və Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Yan xətt hakimləri Vladan Todoroviç və Srdan Yovanoviç olacaqlar. Dördüncü hakim funksiyasını isə Miloş Boşkoviç yerinə yetirəcək.
VAR-da serbiyalı Momçilo Markoviç, AVAR-da isə onun həmyerlisi Aleksandar Jivkoviç yer alacaq.
Qeyd edək ki, milli komandamız ilk oyunda səfərdə İslandiya seçməsinə 0:5 hesabı ilə məğlub olmuşdu.
13 noyabr
DÇ-2026 seçmə mərhələsi
Saat 21:00, Azərbaycan - İslandiya.