2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində bu gün səkkiz qarşılaşma baş tutacaq.
Oxu.Az xəbər verir ki, günün ilk matçında Macarıstan İrlandiya ilə qarşılaşacaq.
Digər görüşlərdə isə Portuqaliya millisi Ermənistanla, Azərbaycan Fransa ilə, Albaniya İngiltərə millisi ilə, Serbiya yığması Latviya ilə, Ukrayna İslandiya ilə, İsrail Moldova ilə, İtaliya isə Norveçlə üz-üzə gələcək.
16 noyabr
DÇ-2026 seçmə mərhələsi
Saat 18:00, Macarıstan - İrlandiya;
Saat 18:00, Portuqaliya - Ermənistan;
Saat 21:00, Azərbaycan - Fransa;
Saat 21:00, Albaniya - İngiltərə;
Saat 21:00, Serbiya - Latviya;
Saat 21:00, Ukrayna - İslandiya;
Saat 23:45, İsrail - Moldova;
Saat 23:45, İtaliya - Norveç.