2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin növbəti oyunları baş tutub.
Oxu.Az xəbər verir ki, günün ilk matçında Latviya öz meydanında Andorra ilə üz-üzə gəlib. Qarşılıqlı qollarla keçən görüşdə qalibi müəyyən etmək mümkün olmayıb - 2:2.
Macarıstan Puşkaş Arenada Ermənistanı qəbul edib. Qarşılaşmanın taleyini meydan sahiblərinin vurduğu iki qol həl edib - 2:0.
Norveç doğma azarkeşləri önündə İsraili darmadağın edib. Skandinavlar rəqibin qapısından 5 cavabsız top keçiriblər - 5:0. Qeyd edək ki, Norveçin heyətində Holand het-trikə imza atıb.