Futbol üzrə dünya çempionatında ikinci tura start verilir.
Oxu.Az xəbər verir ki, qrup mərhələsinin növbəti turu çərçivəsində yaşıl meydanlarda futbol azarkeşlərini bir-birindən gərgin və maraqlı qarşılaşmalar gözləyir.
Günün maraqlı duellərindən biri A qrupunda mübarizə aparan Çexiya və CAR yığmaları arasında reallaşacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:00-da səsləndiriləcək.
Eyni qrupda, həmçinin Meksika və Cənubi Koreya milliləri də güclərini sınayacaqlar. Bu mübarizəyə iyunun 19-da səhər saat 05:00-da start veriləcək.
B qrupunda yer alan komandaların mübarizəsinə gəldikdə, iyunun 18-də saat 23:00-da İsveçrə və Bosniya və Herseqovina milliləri, iyunun 19-da saat 02:00-da isə Kanada və Qətər yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.
Dünya çempionatı
II tur
A qrupu
18 iyun
20:00. Çexiya - Cənubi Afrika
19 iyun
05:00. Meksika - Cənubi Koreya
B qrupu
18 iyun
23:00. İsveçrə - Bosniya və Herseqovina
19 iyun
02:00. Kanada - Qətər
Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.