2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Oxu.Az xəbər verir ki, II turun ikinci oyun günündə bir sıra maraqlı nəticələr qeydə alınıb.
Xorvatiya doğma azarkeşləri önündə Monteneqro ilə üz-üzə gəlib. Balkan derbisində meydan sahibləri rəqibini darmadağınla məğlub ediblər - 4:0.
Danimarka millisi səfərdə Yunanıstanın qonağı olub və meydan sahiblərini üç cavabsız qolla üstələyib - 0:3.
İsveç yığması isə Kosovo səfərindən əliboş qayıdıb. 90 dəqiqə ərzində fərqlənə bilməyən vikinqlər qapılarında iki qol görüblər - 2:0.
Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:
Belarus - Şotlandiya 0:2;
Cəbəllüttariq - Farer adaları 0:1;
İsveçrə - Sloveniya 3:0.
Bu gün 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar baş tutacaq.
Oxu.Az-ın məlumatına görə, ikinci turun ikinci oyun günündə 7 matç keçiriləcək.
Belə ki, Belarus millisi Şotlandiya ilə, Xorvatiya Monteneqro ilə, Cəbəllüttariq Farer adaları ilə, Yunanıstan Danimarka ilə, İsrail İtaliya ilə, Kosovo İsveçlə, İsveçrə isə Sloveniya ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
8 sentyabr
DÇ-2026 seçmə mərhələsi
II tur
Saat 22:45, Belarus - Şotlandiya;
Saat 22:45, Xorvatiya - Monteneqro;
Saat 22:45, Cəbəllüttariq - Farer adaları;
Saat 22:45, Yunanıstan - Danimarka;
Saat 22:45, İsrail - İtaliya;
Saat 22:45, Kosovo- İsveç;
Saat 22:45, İsveçrə - Sloveniya.