2026-cı ildə baş tutacaq futbol üzrə dünya çempionatına ən çox oyunçu göndərən klubların adları məlum olub.
Oxu.Az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi qarşıdakı mundialda iştirakçı sayına görə mütləq lider "Mançester Siti" klubudur.
İngiltərənin adlı-sanlı təmsilçisi bu mötəbər turnirə 19 futbolçu yollayacaq. Reytinqin ikinci pilləsini 18 oyunçu ilə Almaniya nəhəngi "Bavariya" tutur. Fəxri kürsünün üçüncü pilləsində isə 16 futbolçu ilə Londonun "Arsenal" klubu qərarlaşıb.
Diqqətçəkən məqamlardan biri də siyahıda Türkiyədən sadəcə "Qalatasaray"ın yer almasıdır. Belə ki, İstanbul təmsilçisinin 11 futbolçusu dünya çempionatının həyəcanını yaşayacaq.
DÇ-2026-da ən çox futbolçu ilə təmsil olunacaq klubların tam siyahısı aşağıdakı kimidir:
"Mançester Siti" - 19
"Bavariya" - 18
"Arsenal" - 16
PSJ - 15
"Barselona" - 14
"Kristal Pelas" - 12
"Atletiko" - 12
"Əl-Hilal" - 12
"Mançester Yunayted" - 11
"Qalatasaray" - 11
"Borussiya Dortmund" - 11
"Liverpul" - 11.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.