"Qarşımızda enerjili və inadkar bir komanda var".
Oxu.Az xəbər verir ki, bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Fransa yığma komandaları arasında oyundan əvvəl mətbuat konfransında Fransa millisinin baş məşqçisi Didye Deşam deyib.
O bildirib ki, 2026-cı ildə keçiriləcək Dünya Çempionatına vəsiqə qazanmaları onları arxayınlaşdırmamalıdır:
"Sabah Azərbaycan millisi ilə matçda qələbə üçün əlimizdən gələni edəcəyik. Artıq DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmışıq. Mbappedən başqa itkilərimiz də var. Buna baxmayaraq, sabah Fransa millisi olaraq əlimizdən gələni edəcəyik. Çünki məqsədimiz bütün oyunlarda qələbə qazanmaqdır".
Qeyd edək ki, görüş noyabrın 16-sı saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Murad Nəsimi