"Biz bu oyuna ciddi şəkildə hazırlaşırıq".
Oxu.Az xəbər verir ki, bu fikirləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Dinamo Kiyev" oyunundan əvvəl Ukrayna klubunun futbolçusu Matviy Ponomarenko deyib.
O bildirib ki, niyyətləri, sadəcə, qələbə qazanmaqdır:
"Burada azarkeşlərin "Qarabağ"a dəstəyindən xəbərdarıq. Çətin oyun olacağını bilirik. Əlbəttə ki, "Qarabağ" komandasının ötənilki oyunlarını izləmişəm. "Qarabağ"ın güclü komanda olduğunu bilirik. Bizi həm maraqlı, həm də çətin qarşılaşma gözləyir".
Xatırladaq ki, UEFA Konfrans Liqası çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo Kiyev" matçı sabah saat 20:00-da start götürəcək.
İlk oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.