"Fənərbağça" baş məşqçi qismində Domeniko Tedesko ilə iki illik müqavilə imzaladığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubdan açıqlama yayılıb.
"Yeni menecerimiz Domeniko Tedesko klubumuzun əsas peşəkar futbol komandasının baş məşqçisi təyin edilib. Onunla iki illik müqavilə razılaşdırılıb. İmza mərasiminin təfərrüatı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq", - klubun məlumatında bildirilib.
Xatırladaq ki, Tedesko 2021-2022 mövsümündə "Leypsiq" komandasına Almaniya Kubokunu qazandırıb.
"Fənərbağça"nın yeni baş məşqçisi bəlli olub.
Oxu.Az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
İstanbul klubuna Domeniko Tedesko rəhbərlik edəcək.
Mənbənin məlumatına görə, tərəflər arasında böyük ölçüdə razılıq əldə olunub. 39 yaşlı italiyalı mütəxəssisin yaxın günlərdə Superliqa təmsilçisi ilə müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, "Fənərbağça" bir müddət əvvəl baş məşqçisi Joze Mourinyo ilə yollarını ayırmışdı.