Moskvanın MOİK (ÇSKA) futbol klubunun əfsanələr komandası UEFA kubokunda komandanın qələbəsinin 20-ci ildönümünə həsr olunmuş qala matçında dünya futbol ulduzlarından ibarət yığmaya qalib gəlib.
Oxu.Az xəbər verir ki, görüş Moskvada baş tutub və 5:1 hesabı ilə başa çatıb. Qaliblərdən üç qolu Vaqner Lav, digərlərini isə Alan Dzaqoev və Miloş Krasiç vurub. Dünya ulduzlarından ibarət komandada isə Didye Droqba fərqlənib.
Qeyd edək ki, Droqba ilə yanaşı ulduzlar komandasında fransalı Klod Makelele, portuqaliyalı Nani, İtaliya kubokunun qalibləri Paolo Kannavaro və fransalı Sebastyan Frey yer alıblar.
Xatırladaq ki, 2004/05 UEFA Kubokunun finalında Moskva komandası Portuqaliyanın "Sportinq" klubunu 3:1 hesabı ilə məğlub edib. Ordu komandası postsovet məkanı tarixində Avropa kubokunu qazanan ilk Rusiya klubu olub.