Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Dünya Çempionatı 2026-da ilk yaşanacaq
FIFA prezidenti Canni İnfantino 2026-cı il Dünya çempionatının finalının fasiləsində ilk dəfə şou olacağını açıqlayıb.
Oxu.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə paylaşım edib:
"İlk dəfə Dünya kubokunun finalında fasilə şousu Nyu-Cersidə keçiriləcək. Bu, turnir üçün tarixi bir an və dünyanın ən böyük idman tədbirinə layiq şou olacaq".
O, həmçinin bildirib ki, FIFA Dünya çempionatının son günlərində, bürünc və final görüşləri zamanı Tayms meydanında tədbir keçirməyi planlaşdırır:
"Bu, dünyanın ən yaxşı oyunçularının iştirak etdiyi iki inanılmaz matç olacaq və Nyu-Yorkun tarixi Tayms Meydanında qeyd etməkdən daha yaxşı bir yoldur".
Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirin finalı iyulun 19-da Şərqi Ruterfordda (ABŞ, Nyu-Cersi) stadionda baş tutacaq.
"2026 FİFA Dünya Kuboku" teqi üzrə xəbərlər
- Rüşvət əvəzinə dünya çempionatına bilet - Meksikada məmur qalmaqalı
- Ukrayna millisinin aparıcı oyunçusu futboldan uzaqlaşdırıldı
- DÇ-2026: Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarının təqvimi müəyyənləşib
- DÇ-2026: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olub
- Fernandu Santuş Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin püşkatma mərasimində iştirak edəcək