Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Oxu.Az xəbər verir ki, idmançı üçüncü yer uğrunda yarışda BƏƏ təmsilçisi Nuqzari Tatalaşvilini məğlub edib.
Beləliklə, Azərbaycan dünya çempionatında ilk medalını qazanıb.
Azərbaycan cüdoçusu Zelim Tçkayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində rəqib cənubi koreyalı ikiqat olimpiya və dünya mükafatçısı Junhvan Li olub.
Rəqibinə qalib gələn Tçkayev yarımfinala yüksəlib.
Azərbaycan cüdoçusu Zelim Tçkayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 1/8 final görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində rəqib braziliyalı Luan Almeyda olub.
Rəqibinə qalib gələn Tçkayev növbəti mərhələyə yüksəlib.
1/4 finalda rəqib cənubi koreyalı Junhvan Li olacaq.
Qeyd edək ki, Zelim Tçkayev 1/16 finalda çinli Jianqnan Vanqa qalib gəlib.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bu gün Azərbaycanın bir cüdoçusu mübarizə aparacaq.
Oxu.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində Zelim Tçkayev tatami üzərinə çıxacaq.
Onun ilk görüşü 1/16 final mərhələsinə təsadüf edəcək. Rəqib polşalı Pavel Drjimal və çinli Jianqnan Vanq arasındakı qarşılaşmanın qalibi olacaq.
Dünya çempionatı
16 iyun
81 kq
1/16 final. Zelim Tçkayev - Pavel Drjimal (Polşa) / Jianqnan Vanq (Çin) cütünün qalibi
Qeyd edə ki, indiyədək fərdi mübarizədə Azərbaycanın dörd qadın cüdoçusunun hamısı mübarizəni erkən dayandırıb. Eyni sayda kişi cüdoçudan isə yalnız Rəşid Məmmədəliyev (73 kq) dörddəbir final mərhələsinədək irəliləyərək yeddinci yerlə kifayətlənib.