Valensiyada beynəlxalq təlim-məşq toplanışında iştirak edən Azərbaycanın cüdo millisi İspaniya Superkubokunda qüvvəsini sınayıb.
Cüdo Federasiyasından Oxu.Az-a bildirilib ki, Zelim Tçkayev (90 kiloqram) və Murad Fətiyev (100 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.
Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı avqustun 22-də başa çatacaq.
Qaynar xətt:
(055) 224 12 12