Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Oxu.Az xəbər verir ki, Zeyd Ələsgərov (60 kq) bürünc mükafata sahib çıxıb.
O, üçüncü yer uğrunda görüşdə Yaponiya təmsilçisi Toai Haşimaya qalib gəlib.
Bu gün Röyal Qayıbov (60 kq) 1/32 finalda uduzub. Nərmin Ağamirzəzadə (48 kq) 1/16 finala təsadüf edən ilk görüşdə yenilib.
Yarışa 1/32 finaldan start verən Aysun Məmmədova (52 kq) və Leyla Ələkbərova (48) 1/8 finalda məğlubiyyətlə barışmalı olublar.

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu bu gün Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.
Oxu.Az xəbər verir ki, Zeyd Ələsgərov (60 kq) 1/4 finalda Qazaxıstan təmsilçisi Yernur Baturqaliyə məğlub olub. Nəticədə o, təsəlliverici görüşə çıxacaq. Əgər bu görüşdə qalib gəlsə, bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanacaq.
Xatırladaq ki, turnirin əvvəlində Zeyd Ələsgərov iki rəqibini məğlub edərək 1/4 finala yüksəlib. Digər Azərbaycan cüdoçuları arasında Röyal Qayıbov (60 kq) 1/32 finalda, Nərmin Ağamirzəzadə (48 kq) isə 1/16 finalda mübarizəni dayandırıblar. Aysun Məmmədova (52 kq) və Leyla Ələkbərova (48 kq) isə yarışa 1/32 finaldan qatılıb və 1/8 finalda məğlub olublar.
Ötən gün Azərbaycanın altı cüdoçusu turnirdə çıxış edib və onlardan yalnız Anar Quliyev (50 kq) bürünc medal qazanıb.
Yarışın fərdi mübarizəsi avqustun 30-da yekunlaşacaq, avqustun 31-də isə qarışıq komanda yarışları keçiriləcək.