Azərbaycanın sərbəst güləşçisi Əbubəkr Abakarovun testi neqativ çıxıb.
Oxu.Az-ın xəbərinə görə, Dağıstan əsilli idmançımız bu ay Serbiyanın paytaxtı Belqradda keçirilmiş 23 yaşadək güləşçilərin dünya çempionatında yarışa bilməyib.
Buna səbəb onun Belqradda olarkən səhhətində yaranan problem olub. 22 yaşlı milliyyətcə çeçen olan idmançının hərarəti qalxdığından, sonradan yarışın dünya ikincisi olan İran güləşçisi Səccad Qulami ilə mübarizə apara bilməyib.
Əldə etdiyimiz məlumata görə, Abakarov iki dəfə bunun üçün koronavirus testi verib. Lakin hər iki testin nəticəsi neqativ çıxıb. Hazırda Dağıstanın Xasavyurt şəhərində olan idmançı özünü yaxşı hiss edir.
Qeyd edək ki, Əbubəkr Abakarov yeniyetmələr arasında dünya və gənclər arasında Avropa çempionudur. O, ötən ay Norveçin paytaxtı Osloda keçirilən böyüklər arasında dünya çempionatının 86 kq çəki dərəcəsində bürünc medalını qazanıb.
Səbuhi Musayev