Futbol üzrə dünya çempionatının qrup mərhələsində ikinci tura yekun vurulur.
Oxu.Az xəbər verir ki, qrup mərhələsinin bu turunda azarkeşləri bir-birindən gərgin idman mübarizəsi gözləyir.
K qrupunun duellərindən biri Portuqaliya və Özbəkistan yığmaları arasında baş tutacaq. Bu maraqlı matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.
Eyni qrupun digər görüşündə isə Kolumbiya və Konqo milliləri meydanda qüvvələrini sınayacaqlar. Bu qarşılaşma iyunun 24-də, səhər saat 06:00-da start götürəcək.
L qrupunun həlledici mübarizəsinə gəldikdə isə iyunun 24-ü gecə saat 00:00-da İngiltərə və Qana milliləri vacib xallar uğrunda meydana çıxacaqlar. Bunun ardınca, saat 03:00-da Panama və Xorvatiya yığmalarının maraqla gözlənilən qarşılaşması baş tutacaq.
Dünya çempionatı
II tur
K qrupu
23 iyun
21:00. Portuqaliya - Özbəkistan.
24 iyun
06:00. Kolumbiya - Konqo.
L qrupu
24 iyun
00:00. İngiltərə - Qana
03:00. Panama - Xorvatiya.
Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.