İngiltərə yığmasının bəzi futbolçuları baş məşqçi Tomas Tuxelin 2026-cı il dünya çempionatının yarımfinal matçında qəbul etdiyi qərarlardan narazıdırlar. Belə ki, İngiltərə millisi hesabda önə keçdikdən sonra məşqçinin müdafiəyə çəkilmək və rəqib qapısına hücum etməmək qərarı futbolçularda təəccüb doğurub.
Oxu.Az bu barədə "The Telegraph" nəşrinə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, yığma üzvləri əmindirlər ki, heyətdə daha çox sürətli futbolçu olsaydı, əks-hücumlar nəticəsində Argentinaya ikinci qolu vurmaq və oyunu qələbə ilə başa çatdırmaq mümkün olardı. Lakin 72-ci dəqiqədən 82-ci dəqiqəyədək T.Tuxel meydanaya üç müdafiəçi buraxmaqla oyunu tamamilə müdafiə xəttinə yönəldib.
Xatırladaq ki, tərəflər arasında keçirilən görüş Argentinanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.