“Neftçi” 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının İsveçrədəki Friburq mərhələsində mübarizəni dayandırıb.
Oxu.Az xəbər verir ki, “ağ-qaralar” 1/4 finalda Portuqaliya millisinə uduzub - 15:18.
Qeyd edək ki, “Neftçi” A qrupunda Kanadaya 15:13, Malayziya yığmasına isə 21:7 hesabı ilə qalib gəlmişdi.