Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Dünya və İtaliya çempionu olmuş futbolçu vəfat etdi
1962-ci ildə Braziliya yığması ilə dünya çempionu, "İnter"lə dördqat İtaliya çempionu olmuş Jair da Kosta 84 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Jair karyerasının böyük hissəsini İtaliyada keçirib, "İnter" və "Roma"da oynayıb.
Hücumçu millinin heyətində cəmi bir yoldaşlıq oyunu keçirib, lakin 1962-ci ildə dünya çempionatının qalibi olan komandanın üzvü olub.
"İnter"lə braziliyalı 1963, 1965, 1966 və 1971-ci illərdə İtaliya çempionu olub və iki dəfə avrokubok (indiki Çempionlar Liqası) qazanıb. Ümumilikdə Jair Milan komandasının heyətində 260 oyun keçirib və 1965-ci ildə əsas Avropa Kubokunda qələbə qolu da daxil olmaqla 69 qol vurub.
"Futbol" teqi üzrə xəbərlər
- Rafinyanın "Barselona"dakı taleyi bəlli oldu
- "Mançester Siti" De Bruyneni qələbə ilə yola saldı
- İsrail millisinin sabiq üzvü 32 yaşında vəfat etdi
- "Qızıl top" Parisdə təqdim olunacaq - Futbol dünyası üçün həlledici tarix açıqlandı
- İtaliya A Seriyası: "Napoli" və "İnter" büdrədi - Çempionluq mübarizəsi son tura qaldı