Rusiyalı tennisçi Mariya Şarapova rumıniyalı rəqibi, dünyanın ikinci ən güclü qadın tennisçisi Simon Halepi məğlub etdikdən sonra ağlayıb.
Oxu.Az-ın Lenta-ya istinadən verdiyi məlumata görə, rusiyalı idmançı rəqibini "Böyük dəbilqə" turnirinin birinci mərhələsi sayılan US Open-də udub.
Matçın sonunda tribunalarda toplaşan azarkeşlər tennisçini ayaq üstdə alqışlayıb. M.Şarapova hisslərinə hakim ola bilmədiyindən ağlayıb.
Qarşılaşma üç setdə 6:4, 4:6, 6:3 hesabları ilə yekunlaşıb.
İkinci raundda rusiyalı tennisçinin rəqibi macarıstanlı Timey Baboş olacaq.
İ.F.