ABŞ-ın Kabildəki səfirliyi yaxınlığında törədilən partlayışda dörd nəfər həlak olub, üç nəfər yaralanıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəcib Danş "Twitter" səhifəsində yazıb.
11:05
ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyi yaxınlığında partlayış baş verib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəcib Daniş bildirib ki, partlayış "Kabul Bank"ın bölməsinin çıxışında, ABŞ diplomatik missiyasının yaxınlığında törədilib.
Zərərçəkənlər barədə hələlik məlumat yoxdur.
İ.F.