Qarışıq döyüş növləri üzrə dünya çempionu Həbib Nurməhəmmədovun əmisi oğlu Əbubəkr Nurməhəmmədovun baş məşqçisi və doğma əmisi Əbdülmanaf Nurməhəmmədov yetirməsinin son məğlubiyyətindən sonra gələcək şanslarını dəyərləndirib.
Oxu.Az-ın məlumatına əsasən, mütəxəssis hesab edir ki, 30 yaşlı döyüşçünün nizam-intizamında problem var:
“UFC belə münasibəti qəbul etmir. Daha bir məğlubiyyət və Əbubəkr UFC-dən uzaqlaşdırılacaq. Döyüşmək üçün əmək sərf etmək lazımdır”.
Qeyd edək ki, Əbubəkr Nurməhəmmədov 9 noyabrda keçirdiyi debüt görüşündə Almaniyadan olan idmançı David Zavada məğlub olub. İdmançı əmisi oğlu Həbib Nurməhəmmədovla ABŞ-da məşq edir.
Rəylər