"Mançester Siti"nin ulduz qolkiperi Edersonu transfer edən "Fənərbağça" xorvatiyalı qolkiperi Dominik Livakoviçi icarə əsasında göndərib.
Oxu.Az xəbər verir ki, Livakoviç İspaniyanın "Jirona" klubunda çıxış edəcək.
Xorvatiyalı qolkiper birillik icarə əsasında İspaniya klubunda çıxış edəcək.
Qeyd edək ki, "Fənərbağça" Sofiyan Amrabatı da icarə əsasında göndərib. Təcrübəli futbolçu İspaniyanın "Real Betis" klubunda çıxış edəcək.