“Səbail” Peşəkar Futbol Klubu yarımmüdafiəçi Əfran İsmayılov ilə müqavilənin müddətini artırıb.
Oxu.Az xəbərinə görə, anlaşmaya əsasən, 33 yaşlı futbolçu daha bir il “dənizçilər”in formasını geyinəcək.

Qeyd edək ki, çempionatın autsayderi olan “Səbail” Florian Kadriu, Milovan Petroviç, Luka İmnadze, Ali Sisey, Ruslan Hacıyev, Ürfan Abbasov və Amil Yunanovla yolları ayırıb. Klub Ədilxan Qaraəhmədov, Elxan Əhmədov və Şahin Zəkiyevlə yeni müqavilələr bağlayıb.
Səbuhi Musayev