Antuan Qrizmanna Səudiyyə Ərəbistanından fantastik təklif gəlib.
Jurnalist Əşrəf Ben-Ayadın sözlərinə görə, “Əl-Hilal” bu yaxınlarda “Atletiko”nun forvardına ildə 40 milyon avro ödəməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, 32 yaşlı fransızla daha əvvəl “Ən-Nəsr” maraqlanırdı.
Qeyd edək ki, Qrizmann ötən mövsüm La Liqada 38 oyunda 15 qol vurub.
Mənbə: sports.ru