“Eurovision” mahnı müsabiqəsinin qalibi, tanınmış müğənni Eldar Qasımov ifaçı Miri Yusif tərəfindən başlanmış #Baku2015Challenge Avropa Oyunlarına dəstək aksiyasına qoşulub.
Oxu.Az xəbər verir ki, çağırışı qəbul etmiş hər kəs basketbol bacarığını göstərməlidir.
Öncə öz bacarıqlarını Miri Yusif, Doktor Ziya, İlkin Həsəni, DJ Shock və digərləri göstərib.
Eldar Qasımov arxasını çevirərək topu səbətə ata bilib. O, Rüfət Ağayev, Nura Suri və Aynur Hüseynə çağırış edib.
Xatırladaq ki, Eldar Qasımov Miri Yusif kimi Avropa Oyunlarının ulduz elçisidir.
F.H.
www.oxu.az