Azərbaycan Premyer Liqasına II tura start verilib.
Oxu.Az xəbər verir ki, turun açılış matçında “Neftçi” “Sumqayıt”ı qəbul edib.
“Bakcell Arena”da keçirilən görüşdə qonaqlar 2:0 hesablı qələbə qazanıblar.
“Kimyaçılar”ın hər iki qoluna iranlı legioner Əli Qurbani imza atıb.
Qarşılaşmanın 83-cü dəqiqəsində “Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk ikinci sarı vərəqə ilə oyundan qovulub.
Azərbaycan Premyer Liqası
II tur
“Neftçi” – “Sumqayıt” – 0:2
Qollar: Əli Qurbani, 14, 46
Qırmızı vərəqə: Anton Krivotsyuk, 83