Qətərdə Qadınlar arasında 100 metrlik məsafəyə qaçış üzrə yarışın qalibi Kendra Harrison əlinin sınmasına baxmayaraq yarışda iştirak edib.
Oxu.Az bu barədə life-a istinadən xəbər verir.
24 yaşlı idmançının nəticəsi - 12,59 saniyədir.
Harrison starta son təkan zamanı travma aldığını danışıb. Qaçışdan sonra amerikalı idmançı xəstəxanaya çatdırılıb və əlinə gips qoyulub. İdmançının nümayəndəsinin sözlərinə görə, tam sağalması üçün ona altı həftəyə yaxın vaxt lazım olacaq.
Harrison izah edib ki, həlledici yarışa o, qətiyyəti və ona güc verən Allaha imanı ilə çıxıb.

N.О.
www.oxu.az