Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Əliyar Ağayev Çempionlar Liqasına təyinat alıb
Azərbaycanın FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasına təyinat alıb.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Referi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda keçiriləcək "Bolonya" (İtaliya) - "Monako" (Fransa) oyununun baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olacaq.
Noyabrın 5-də Bolonya şəhərində yerləşən "Renato Dall-Ara" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Əliyar Ağayev Çempionlar Liqasına təyinat alıb

"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Xviça Kvaratsxeliya Gürcüstan futbolu tarixində ilkə imza atıb
- Superkompüter Çempionlar Liqasının qalibini açıqladı: "Real Madrid" deyil
- Özbəkistanlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü
- UEFA Çempionlar Liqası: "Yuventus" turniri tərk etməli oldu
- PSJ - "Brest" oyununda 7, "Real Madrid" - "Mançester Siti" matçında isə 4 qol vuruldu
Ən çox oxunanlar